Ru
17:04 / 28 İyul 2025

Alim Qasımovdan Nigarın Fərqanə ilə qalmaqalına SƏRT REAKSİYA

Alim Qasımovdan Nigarın Fərqanə ilə qalmaqalına SƏRT REAKSİYA
Eye

Əməkdar artist Fərqanə Qasımova ilə Avroviziya qalibimiz Nigar Camal arasındakı qalmaqal gündəmi zəbt edib.

Bakupost.az xəbər verir ki, bizim.media Fərqanə Qasımovanın Nigarın yazdıqlarına reaksiyasını öyrənmək üçün onunla əlaqə saxlayıb.

Lakin telefona sənətçinin atası, Xalq artisti Alim Qasımov cavab verib.

O, qızı ilə Avroviziya qalibinin mübahisəsi haqqında bunları söyləyib:

“Sizin Fərqanə xanımın musiqisinə, sənətinə, ailəsinə və mənə hörmətiniz varsa, niyə zəng edirsiz? Özünüz bizim əvəzimizdən cavab verə bilərsiniz o xanıma. Mövqe budur ki, Fərqanə xanım demək istəyib ki, hərə özünə cavabdehdir. Hamını qatmaq olmaz, “hamı belə gəzə bilər” demək olmaz. Onda mən də deyim ki, hamı mənim kimi oxusun. Düz söhbət deyil. Siz öz insafınız, öz Allahınızla, onlara cavab yazın. Onda biz də açıqlama vermirik”.

Qeyd edək ki, F. Qasımova “axsam.az”ın instaqram hesabında Nigar üçün “Kəsmə yollarla önə getmək əlbəttə çox rahatdır - türk qardaşlarımız demişkən”, - deyə, rəy bildirib.

Bundan sonra Nigar instaqramda ona bu cavabı verib:

““Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucaya qaldırmaqla tanınmışam. Bunu da uca Azərbaycan Dövləti hər zaman dəyərləndirib.
Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Mən səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər.

Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar