Dünya ölkələrində mərkəzi bankların uçot dərəcəsi ilə bağlı qərarları daxili kredit faizlərinə birbaşa təsir edir, çünki iqtisadi qanunlar var, qəliz (yaxşı mənada) iqtisadi sistem özünü tənzimləyir.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Azərbaycanda son 1 ildə uçot dərəcəsi sabit idi, artıb-azalmırdı, bir neçə gün öncə MB uçot dərəcəsində 0,25% azalmaya getdi:
“Məntiqlə, ölkədə son 1 ildə kredit faizləri, ən azından, sabit qalmalı idi, normal iqtisadi sistemdə belə olur. Ancaq 1 iyun 2025-ci il tarixinə manatla verilən kreditlər üzrə orta illik faiz dərəcəsi 18.45% təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.42% artım deməkdir.
Yəni, MB uçot dərəcəsini sabit saxlayıb, hətta sonda azaldıb, amma kreditlərin orta illik faiz dərəcəsi 3,5%-ə yaxın artıb”.
Ekspert bunun məntiqdənkənar olduğunu və ölkə iqtisadiyyatının tamamilə yenilənməsinin vacibliyini vurğulayıb.
Asena,
BakuPost