Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində qazlaşdırma işlərinə başlanılıb.
Bakupost.az xəbər verir ki, bbarədə Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev "Azəriqaz" ın təşkil etdiyi mediatura qatılan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qəsəbədə ilkin mərhələdə 40 fərdi yaşayış evi qazlaşdırılıb: "Ərazidə yenidənqurma işləri aparılıb. Bərpa işləri çərçivəsində qaz təsərrüfatı da yenidən qurulub, yerüstü xətlər yeraltı xətlərlə əvəz edilib".
Q. Abdullayev qeyd edib ki, ümumilikdə 500 metr polietilen qaz xətti çəkilib: "Hazırda ilkin mərhələdə 30, növbəti mərhələdə isə 10 ev qazlaşdırılaraq sayğaclarla təmin edilib. Qəsəbə ərazisində qazlaşdırılan bütün evlər smart-kartlı sayğaclarla təchiz olunub".
Zahid,
BakuPost