Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Paşa oğlu Qədirov işdən azad olunub.
Bakupost.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Məlumata görə o, öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Onun yerinə hələlik təyinat olmayıb.