Ru
16:06 / 19 Dekabr 2025

Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü - FOTO/YENİLƏNDI

Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü - FOTO/YENİLƏNDI
Eye

Beyləqanda kanalizasiya quyusuna düşərək ölən Uğur ailənin tək oğlu olub.


Bakupost.az xəbər verir ki, bu barədə Uğurun atası Elmidar İmanov danışıb.


"Uşaq həyətdə oynayırmış, biz görməmişik. Axtaranda məlum oldu ki, kanalizasiya quyusuna düşüb" - ata əlavə edib.


Ailənin Uğurdan başqa daha iki qız övladı var.


******

14:48

Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.


Bakupost.az Teleqraf--a istinadla xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib.

Kənd sakini 2023-cü il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar