Ru
15:16 / 19 Dekabr 2025

Ali Məhkəmədə Tofiq Yaqublunun işi üzrə iclas oldu

Ali Məhkəmədə Tofiq Yaqublunun işi üzrə iclas oldu
Eye

Ali Məhkəmədə Milli Şuranın üzvü Tofiq Yaqublunun şikayəti üzrə növbəti iclas keçirilib.

Bakupost.az yenisabah-a istinadla xəbər verir ki, prosesə hakim İlqar Qılıcov rəhbərlik edib.

Lakin yekun qərar elan olunmayıb.

Hakim bildirib ki, müşavirə üçün vaxt lazımdır. Ona görə də məhkəmənin növbəti iclasının vaxtı qarşıdakı günlərdə təyin ediləcək.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar