Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və onunla birlikdə təqsirlən Gündüz Abbasovun növbəti məhkəmə prosesi başa çatıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən məhkəmə prosesində K. Əsədov və Gündüz Abbasov dövlət tərəfindən təqdim edilən vəkildən imtina edib və müqavilə əsasında yeni vəkillə təmin olunub.
Hakimin qərarı ilə ilk olaraq dövlət ittihamçının ittiham aktı oxunub. Məlum olub ki, K. Əsədov və Gündüz Abbasov 6,8,9, 15, hətta 70 min manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına pulların isə imtahanın nəticəsindən sonra veriləcəyi razılaşdırılıb.
K. Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü heç bir maddəsi ilə özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə ancaq cinayət məcəlləsinin 302. 3 (gizli informasiya əldə etmək üçün nəzədə tutulmuş texniki vaistələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi) maddəsi ilə təqsirli bilib.
Daha sonra zərəçəkmiş qismində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi kimi Mirzağa Yaqubzadə hakim qarşısında çıxış edib. Onun sözlərinə görə, sözügedən cinayət maddələri ilə təqsirli bilinənən şəxslər tərəfindən blok və qəbul imtahanlarında üzərlərinə cihazlar quraşdırılan təxminən 14 abturient 380, 400, hətta 500 dən artıq "bal" toplayıb. Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilkin olaraq 8 abonentin blok imtahanlarında açıq və digər sullara bənzər cavablar verdiyini, universitetə qəbul zamanı isə o abturientlərdən cihazların aşkar olunduğunu bildirib. Aparılan istintaq zamanı abuturientlərin sayının 14 nəfərə çatdığı təsdiqlənib.
Növbəti proses 22 yanvar saat 15-30 a təyin edilib. Məhkəmə zalından çıxan K. Əsədov növbəti dəfə juranlistlərin suallarını cavablandırmaq istəməyib.
*********
15:46
Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi başlayıb.