Ru
15:59 / 19 Dekabr 2025

Sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur – Məhkəməsi başladı

Sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur – Məhkəməsi başladı
Eye

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin sabiq rəisi polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, cinayət işində qeyd olunan hallar DTX tərəfindən həbs edilmiş və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Mirzə Cəlilovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə baş verib.

Məftun Xəlilov Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət almaqda ittiham olunur. O, rəis vəzifəsindən çıxarıldıqdan sonra onu Habil Niftəliyev əvəz edib.

Onlara Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvətxorluq, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar