Ru
16:16 / 19 Dekabr 2025

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"
Eye

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazanan adamam, bazarlardakı, marketlərdəki qiymətlər mənim də əlimi yandırır. 600-800 manata işləyən insanları düşünün. Siz özünüzü düşünmürsünüzsə, bu qiyməti qaldıran niyə sizi düşünsün?”.

Bakupost.az xəbər verir ki, sabiq millət vəkili Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sərxan Kərəmoğlu ucuz narıngi almaq üçün yolunu Neftçilər metrostansiyasının yaxınlığından salsın:

"Məhsulun Bakıya gətirilməsi üçün yol və digər xərclər var. Marketlərin özləri də bir-biri ilə rəqabət aparır. Bütün bu qiymətlər məhsulun yerindən alış qiymətinin üstünə əlavə edilir. Məhsulun istehsal qiyməti ilə satış qiyməti eyni olmamalıdır. Bu, həm də tələb və təklifdən asılıdır. Məhsulun qiyməti həm düşə, həm də qalxa bilər. Məhsul çoxdursa, bu, mütləq onun qiymətinə təsir edəcək. Market var ki, oradan narınginin bir kilosunu 70 qəpiyə, bazarda isə 1,70 manata alıram. "Neftçilər”dən çıxanda görürəm ki, narınginin bir kilosu bir manatdır, alıram. Kim istəyir gəlsin alsın".

Əli Əlirzayev bütün sahələrdə monopoliya olduğunu əlavə edib:

"Bunun qarşısını almaq üçün azad rəqabət. İstehsalçının kənddən məhsulu gətirib şəhərdə satmağa vaxtı yoxdur. İstehsalçı ayrıdır, onu satışını təşkil edən ayrı. Satan gedir, hardansa alıb gətirir. Alış çoxdursa, orda rəqabət mühiti yaranır, yaxud istehsalçı çoxdursa, orada da rəqabət mühiti yaranır. Kəndli öz malını satmamalıdır. Bu, düzgün də deyil".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar