Ru
17:32 / 19 Dekabr 2025

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Eye

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən “Lake Hotel”in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar təqsirləndirilən şəxsin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı sayaraq təmin edib. Qərara əsasən, A.Verdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti 2 ay daha uzadılıb.

Qeyd edək ki, hadisə ötən ayın axırında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən 4 ofisiant həyatını itirib, onlardan böyüyünün 27, kiçiyinin isə 18 yaşı olub. Sonradan məlum olub ki, ofisiantların ölümünə səbəb olan elektrik xətti Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailəsinin bağına gedirmiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar