Ru
18:16 / 19 Dekabr 2025

Əfv fərmanının verilməsini xahiş edəcəyik - Səadət Bənənyarlı

Əfv fərmanının verilməsini xahiş edəcəyik - Səadət Bənənyarlı
Eye

"Biz Amnistiya aktı ilə yanaşı Əfv fərmanının da verilməsinin tərəfdarıyıq. Yaxın günlərdə bununla bağlı müraciət yayacağıq".

Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı Amnistiya aktından danışarkən deyib.

Onun sözlərinə görə, hazırda sözügedən müraciət üzərində iş gedir:

"Amnistiya aktı 20 minə yaxın şəxsə şamil olunacaq. Bizim tərəfimizdən də siyahı tərtib edilib, amma bilmirik bu akt onlardan kimlərə şamil olunacaq. Bizdə olan məlumata görə, siyahıdakılarla bağlı amnistiya aktı çox az adama tətbiq oluna bilər. Ona görə də Amnistiya aktına paralel əfv fərmanının verilməsini xahiş edəcəyik".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar