Bu gün (19 dekabr) Türkiyənin Kocaeli vilayəti İzmit rayonunun ərazisində məlum olmayan pilotsuz uçuş aparatı (PUA) tapılıb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli sakinlər hadisə barədə müvafiq qurumlar məlumatlandırılıb.
Polis və ekspert qrupları dərhal PUA düşən əraziyə gəlib. Onlar PUA ilə bağlı araşdırma aparır, onun mənşəyi, tip və necə düşməsi ilə bağlı ilkin sorğular həyata keçirir.
PUA nın quyruğunda qırmızı ulduz işarəsinin olduğu bildirilir, bu detalın onun Rusiyaya aid olduğu ehtimalını artırdığını yazıb.
İlkin məlumatlara görə PUA nın kəşfiyyat tipli olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabr 15-də Türkiyə Hərbi Hava Qüvvələri “F 16” qırıcıları ilə Qara dəniz üzərində ölkə hava məkanına daxil olmuş naməlum PUA-lar vurmuşdu. Hadisədən sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya və Ukraynaya Qara dəniz təhlükəsizliyi ilə bağlı daha ehtiyatlı davranmaq barədə xəbərdarlıq etmişdi.
Cavid, BakuPost