Ru
14:24 / 19 Dekabr 2025

"Bakupost" saytının 3 əməkdaşı təltif olundu- FOTO

"Bakupost" saytının 3 əməkdaşı təltif olundu- FOTO
Eye

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "Bakupost"un 3 əməkdaşı - Elçin Zahiroğlu (Məlikli), Zahid Nurəliyev və Bəxtiyar Əlirzayev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Medallar təltif olunan şəxslərə Medianın İnkişafı Agentliyi tərəfindən təqdim olunub.

Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.

Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.

"Bakupost" kollektivi göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Prezident İlham Əliyevə, jurnalistlərlə peşəkar və yüksək səviyyəli əməkdaşlığa görə isə Medianın İnkişafı Agentliyinə dərin minnətdarlığını bildirir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar