Ru
22:18 / 02 Fevral 2026

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
Eye

Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan xəstəxanadan evə buraxılıb.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan erməni mediasına bildirib.

O deyib ki, atasının vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Xaçatryan 2023-cü ilin avqustunda saxlanılmış və barəsində həbs qərarı verilmişdi. O, bir çox cinayətlərdə, o cümlədən azərbaycanlılara qarşı soyqırımda ittiham edilib.

Bu il 14 yanvarda Azərbaycan Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abrahamı Ermənistana təhvil verib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar