Ru
23:41 / 02 Fevral 2026

Kəbənin örtüyü Epşteynə göndərilib...

Kəbənin örtüyü Epşteynə göndərilib...
Eye

ABŞ Ədliyyə orqanları tərəfindən açıqlanan yeni Epşteyn dosyesində rezonans doğuran məlumatlar yer alıb.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, sənədlərdə İslamın ən müqəddəs məkanı olan Məkkədəki Kəbənin üzərinə sərilən kisvənin hissələri 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəli şəxslər vasitəsilə ABŞ-a göndərilərək Ceffri Epşteynə çatdırıldığı qeyd olunub.

Sənədlərdə yer alan elektron yazışmalara görə, Səudiyyə Ərəbistanından olan və BƏƏ ilə əlaqələri olduğu bildirilən iş qadını Aziza əl-Əhmədi Abdullah əl-Maari adlı şəxslə birlikdə kisvəyə aid üç parçanın göndərilməsini təşkil edib. Yazışmalar 2017-ci ilin fevral–mart aylarını əhatə edir. Parçalar Səudiyyə Ərəbistanından Britaniya Hava Yolları vasitəsilə Floridaya daşınıb və Epşteynin evinə çatdırılıb.

Məlumatlara görə, göndərilən əşyalar arasında Kəbənin içərisindən bir parça, daha əvvəl istifadə edilmiş xarici örtükdən bir hissə və eyni materialdan hazırlanmış, lakin istifadə olunmamış üçüncü parça olub. Yazışmalarda istifadə olunmamış parçanın “incəsənət əsəri” kimi sənədləşdirilərək gömrük prosedurlarından keçirildiyi qeyd olunur.

Kisvə müsəlmanlar üçün böyük dini əhəmiyyət daşıyır. Hər il dəyişdirilən bu örtüyün köhnə hissələri nadir və müqəddəs artefaktlar hesab olunur. Əl-Əhmədinin Epşteynə ünvanladığı məktublardan birində Kisvanın mənəvi dəyəri xüsusi vurğulanır və bildirilir ki, həmin parça milyonlarla müsəlmanın toxunduğu, dualar etdiyi müqəddəs əşyadır.

Sənədlərdə Əl-Əhmədinin Epşteynlə necə tanış olduğu və bu parçaların niyə ona göndərildiyi izah edilmir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar