Ru
21:29 / 02 Fevral 2026

Bu ölkə də İranla bağlı hərəkətə keçdi

Bu ölkə də İranla bağlı hərəkətə keçdi
Eye

Böyük Britaniya İrana qarşı sanksiya siyahısını yeniləyib.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Siyahıya 10 fiziki şəxs və bir təşkilat daxil edilib. XİN-in açıqlamasına görə, sanksiyalar insan hüquqlarının ciddi şəkildə pozulması, o cümlədən ifadə azadlığının boğulması, dinc toplaşma və yaşamaq hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq vəzifəli şəxslərə və dövlət təhlükəsizlik orqanına qarşı tətbiq olunub.

Tətbiq edilən tədbirlər sanksiya siyahısına salınan şəxslərin aktivlərinin dondurulmasını, rəhbər vəzifələr tutmasının qadağan edilməsini və ölkəyə girişinə yasağı nəzərdə tutur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar