Ru
14:37 / 19 Dekabr 2025

Rusların “Kölgə donanması” Avropa sularında casusluq edir

Rusların “Kölgə donanması” Avropa sularında casusluq edir
Eye

Rusiya Silahlı Qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları “kölgə donanması” gəmilərinin heyətində Avropa sularında casusluq edirlər.

Bakupost.az CNN-ə istinadən xəbər verir ki, bir neçə tankerə “Moran Security Group” şirkətinin əməkdaşları yerləşdirilib. Bu özəl təhlükəsizlik şirkəti Rusiya hərbi və güc strukturları ilə əlaqəlidir. Kəşfiyyatın məlumatına görə, həmin əməkdaşlar tez-tez gəmi kapitanlarını Kremlin maraqlarına uyğun davranmağa məcbur edir. Hətta bəzi tanker heyəti yalnız ruslardan ibarətdir.

Xəbərdə bəhs edilən “Boracay” tankerini tez-tez ad və bayraq dəyişdirir. Sentyabrda gəmi heyətinə iki rus texnik qoşulub. Ukrayna kəşfiyyatına görə, bu şəxslərdən biri əvvəllər muzdlulardan ibarət “Vaqner” ordusunda çalışıb. Digəri isə Rusiya Müdafiə Nazirliyi ilə bağlıdır. “Boracay” Danimarka sahilləri yaxınlığında olarkən Kopenhagen hava limanında naməlum pilotsuz uçuş aparatları görünüb. CNN mənbələri bunu “şübhəli təsadüf” adlandırıb.

Daha əvvəl İsveç hərbi qüvvələri Rusiya “kölgə donanması” gəmilərində silahlı şəxslərin müşahidə etdiklərini açıqlayıb.

Danimarkanın “Danwatch” nəşri də Rusiya neft tankerindəki silahlı heyət barədə məlumat yayıb. Nəşr heyətdəki şəxslərdən birinin Kalininqrad xüsusi təyinatlılar komandiri olduğunu müəyyən edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar