13:09 / 04 Fevral 2026
“Bitcoin” kəskin ucuzlaşdı – Kriptovalyuta bazarı şöhrətini itirir
331
Kriptovalyuta bazarında əsas aktiv olan “Bitcoin” (BTC) ucuzlaşaraq 73 000 dollar səviyyəsinə enib. Bazar məlumatlarına məlumatlarına görə BTC fevralın 3-də 72 945-ə kimi düşərək 2026-cı il üçün ən aşağı səviyyəni görüb.
“Bitkoin” sonuncu dəfə 2024-cü ilin noyabr ayında bu səviyyəyə yaxın rəqəmləri görsə də, daha sonra yenidən yüksəlmişdi. BTC 2025-ci il oktyabrın 6-da 124 752 dollarla rekord səviyyəyə çatmışdı.
Bazarda digər əsas kriptovalyutalar da təzyiq altındadır: “Ethereum” təxminən 2100–2200 dollar aralığına geriləyib.
Bazarın ümumi sentimenti riskli aktivlərdən çıxış istiqamətindədir və bu, investor marağının zəifləməsi, likvidliyin pisləşməsi və makroiqtisadi şəraitin qeyri-müəyyənliyi ilə əlaqədardır.
“Bitcoin”in ucuzlaşması yalnız qısamüddətli qiymət dəyişməsi deyil. Analitiklər bazarda satış dalğasının davamını və investor riskinin artmasını qeyd edirlər ki, bu da kripto aktivlərinin qlobal maliyyə bazarlarında stresslə bağlı daha geniş reaksiya verdiyini göstərir.
Cavid, BakuPost