"Azəriqaz" İstehsalat Birliyi işğaldan azad olunmuş Ağdərə rayonunun Vənğli kəndinin qazlaşdırılmasını davam etdirir.
Bakupost.az -ın Ağdərəyə mediatura ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında " Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin iş icraçısı Ələddin Aşıralıyev deyib.
O bildirib ki, kənd ərazisində nəzərdə tutulan 15.000 paqonmetr qaz xəttindən artıq 12.000-i çəkilib: "Eyni zamanda 130 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 ev təbii qazla təmin ediləcək. Müxtəlif diametrli borularla çəkilən qaz xətləri ümumilikdə 300 ev üçün nəzərdə tutulib".
Zahid, BakuPost












