Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsinin
ərazisində təmir bərpa işləri aparılır.
Bakupost.az -ın Xankəndiyə mediatura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev bildirib.
Onun sözlərinə görə, bütövlükdə Qarabağ Regional Qaz İstismarı İdarəsinin 11 xidmət sahəsi mövcuddur. Bu xidmət sahələri üzrə ümumilikdə işğaldan azad olunmuş rayonlarda hazırda 6800 abonent var.
O qeyd edib ki, bunlardan 1800 abonent sırf Xankəndi xidmət sahəsindədir: ""2024-2025-ci illər ərzində qaz təsərrüfatında işğaldan azad olunmuş ərazilərdə 30 məntəqə üzrə qazlaşma işləri aparılıb və köç olub. Hazırda işlərimiz davam etdirilir".
Q.Abdullayevin sözlərinə görə, ümumilikdə region üzrə 88 məntəqənin qazlaşdırılması nəzərdə tutulub. Bunlardan 30-31-i mövcud olan kəndlərdir ki, yeni köçləri nəzərə alaraq abonentlər üçün qazlaşdırılma nəzərdə tutulub. Bundan başqa daha 58 yeni kənd qazlaşdırılacaq" .
Q. Abdullayev yığım səviyyəsi barədə danışarkən deyib ki, Qarabağ regionunda smart kartlardan istifadə olunduğuna görə yığım məsələsində heç bir problem yoxdur. Sayğaclaşma işləri əvvəlcədən köç qrafikinə uyğun olaraq aparılır: "Ona görə də sayğaclaşma köçə görə 100%-dir. Köç olduqca sayğacı qoyuruq və həmin mənzillərə qaz təmin edirik".
Zahid, BakuPost