Ru
17:51 / 06 Noyabr 2026

Moskva İrana gizli şəkildə yeni silahlar göndərir?

Moskva İrana gizli şəkildə yeni silahlar göndərir?
Eye

Rusiyanın İrana hücum helikopterlərindən atılan idarəolunan raketlər üçün 90 buraxılış qurğusu tədarük etməyə razılaşdığı iddia edilir.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynanın “Dallas Analytics” şirkətinin əldə etdiyi sənədlərə əsasən, Rusiyanın “Vympel” şirkəti İran üçün 90 buraxılış qurğusunun sifarişini qeydə alıb. Qurğuların çatdırılıb-çatdırılmadığı isə məlum deyil.

Avropa kəşfiyyat qurumlarının məlumatına görə, Rusiya İrana ABŞ qüvvələrinə qarşı istifadə oluna biləcək məlumatlar və peyk görüntüləri təqdim edib, həmçinin partlayıcı yüklü dronlar tədarük etməyə hazırlaşır.

İran 2022-ci ildən Rusiyaya “Shahed” hücum dronları tədarük edir. Moskva sonradan bu dronların istehsalını özü təşkil edib.

Sənədlərdə “Vympel” şirkətinin əsas komponentlərin tədarükündə gecikmələr səbəbindən raket qurğularının istehsalında çətinliklər yaşandığı barədə xəbərdarlığı da yer alır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar