“PAŞA Malls” Zəfər Günü münasibətilə “Zəfərin Səsi” adlı videoçarx təqdim edib.
“Bir vaxtlar Qarabağı görmək üçün gözlərimizi yumurduq. Amma indi gözlərimizi açmağın vaxtıdır! Qəhrəmanlarımızın cəsarəti ilə qazandığımız qürur, bu gün inkişafla möhkəmlənir. Bu qürurlu yolun və yeni həyatın bir parçası olmaqdan qürur duyuruq", - deyə şirkətin paylaşımında qeyd olunub.