Ru
16:55 / 06 Noyabr 2026

Əlövsət Polad vəfat etdi

Əlövsət Polad vəfat etdi
Eye

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib.


"Bakupost" xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı "Gündoğar" qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun "Xəbərlər" proqramı ilə əməkdaşlıq edib.

1990-cı ildən bədii yaradıcılığa başlayıb. "Bitməmiş povestlər" (2004), "Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama", "Qiyamət" (2017) və "Ölümə hazırlıq" kimi kitabların müəllifidir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar