Ru
16:27 / 06 Noyabr 2026

Dünyanın ən kiçik avtomobili hərraca çıxarılır

Dünyanın ən kiçik avtomobili hərraca çıxarılır
Eye

“Ginnesin Rekordlar Kitabı”na dünyanın ən kiçik seriyalı avtomobili kimi düşən “Peel P50” noyabrın 14-də hərraca çıxarılacaq. Avtomobilin 40-60 min funt sterlinqə satılacağı gözlənilir.

“Bakupost” xəbər verir ki, 1964-cü ildə Man adasında istehsal edilən üçtəkərli avtomobilin uzunluğu 137, eni isə 106 santimetrdir. Cəmi bir nəfər üçün nəzərdə tutulan model saatda 64 kilometr sürət yığa bilir.

1962-1965-ci illərdə bu avtomobildən cəmi 50 ədəd istehsal olunub. Hazırda 30-dan az nümunəsinin qaldığı bildirilir.

Hərraca çıxarılan avtomobil 1964-cü ildə Finlandiyaya gətirilib və bu ilin əvvəlinədək orada saxlanılıb. Avtomobilin orijinal vəziyyətdə olduğu bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar