“NASA”nın “Swift” kosmik teleskopu 22 illik fəaliyyətindən sonra Yer atmosferinə daxil olaraq məhv olub.
“Bakupost” xəbər verir ki, teleskop Sumatra adasının şimalı üzərində atmosferə nəzarətsiz şəkildə daxil olub. Onun böyük hissəsinin atmosferdə yanaraq parçalandığı bildirilir.
2004-cü ildə fəaliyyətə başlayan “Swift” missiyası ərzində 2 mindən çox qamma-şüa partlayışını və 1 400 supernovanı müşahidə edib. Teleskopun missiyası əvvəlcə iki il üçün nəzərdə tutulsa da, təxminən 22 il davam edib.
Vüsalə Hüseynova,
BakuPost