Ru
16:01 / 06 Noyabr 2026

Bakıda kollecdə yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb - İDDİA

Bakıda kollecdə yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb - İDDİA
Eye

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində kütləvi işdən çıxarmalar baş verdiyi iddia olunur.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, kollecə bu yaxınlarda şöbə müdiri təyin edilən Pərvin Məmmədova vəzifəyə başladıqdan sonra 10-dan çox işçini müxtəlif bəhanələrlə işdən azad edib.

Məlumatda bildirilir ki, işdən çıxarılan əməkdaşlara konkret və əsaslı səbəb göstərilməyib.

Qeyd edək ki, ADNSU-nun nəzdindəki Sənaye və Texnologiya Kollecinə hazırda Nazim Abışov rəhbərlik edir.

Milli.Az iddialarla bağlı ADNSU və kollec rəhbərliyinin mövqeyini öyrənməyə çalışır. Tərəflərin açıqlama vermək istəyəcəyi təqdirdə, onların mövqeyini dərc etməyə hazırıq. Məsələ ilə bağlı universitetə sorğu ünvanlamışıq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar