Ru
15:34 / 06 Noyabr 2026

"Visa" və "Mastercard" Azərbaycanda niyə rəqibsizdir?

"Visa" və "Mastercard" Azərbaycanda niyə rəqibsizdir?
Eye

Azərbaycanda plastik kartlar vasitəsilə həyata keçirilən ödənişlərin həcmi və ödəniş sistemləri üzrə payı məlum olub.

“Bakupost” xəbər verir ki, ölkədə kartla edilən ödənişlərdə “Visa” beynəlxalq ödəniş sistemi mütləq liderliyini qoruyub saxlayır.

Məlumata görə, ən çox ödəniş məhz bu sistemin kartları ilə həyata keçirilib: “Visa” – 8 milyard 398.8 milyon manat. İkinci yerdə – 4 milyard 272.5 milyon manatla “Mastercard” gəlir. Lokal kartlar – 84.2 milyon manat; “American Express” (AmEx) – 1.2 milyon manat.

Statistika göstərir ki, “Visa” və “Mastercard” ölkə daxilində nağdsız ödəniş bazarının əsas hissəsini formalaşdırır.

“Visa” və “Mastercard”ın bu siyahıda mütləq lider olmaları hansı amillərlə bağlıdır?

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Bakupost”a bildirib ki, “Visa” və “Mastercard”ın öndə olmasının səbəbi həmin kartların beynəlxalq ödəmə kartları olması ilə əlaqədardır:

“Dünyanın hər yerində belədir. Yəni ayrıca olaraq Azərbaycanla bağlı özəl məsələ deyil. Azərbaycanın özünü ödəniş sistemi də yoxdur. Ödənişləri beynəlxalq ödəniş sistemi vasitəsilə həyata keçiririk. Dünyanın hər yerində “Visa” və “Mastercard” nəğdsiz ödənişlərdə öndədirlər. Yəni hər yerd.ə eyni tendensikyanın şahidi oluruq. Bu səbəbdən dünyadakı trend Azərbaycanda da təkrarlanır. Burada təəccüblü heç nə yoxdur”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar