Alkoqolizmlə mübarizədə yeni üsul tapıldı

  • 20 Avq 2019 11:35
  • 899 Baxış
Alkoqolizmlə mübarizədə yeni üsul tapıldı
Britaniya alimləri alkoqolizmin yeni müalicə üsulunu tapdıqlarını açıqlayıblar.

 

Bakupost xəbər verir ki, bu barədə "The Guardian” yazıb.  




Britaniyalılar yeni müalicə üsulunu ekstazidən istifadə etməklə həyata keçirib. Eksperimentdə 11 nəfər iştirak edib. Araşdırmaçılar pasiyentlərə 9 ay nəzarət edib. Məlum olub ki, spirtli içkinin mütəmadi istifadəsinə sınaqdan keçirilənlərdən yalnız 1-i qayıdıb. Onlardan 5-i alkoqoldan tam imtina edib, digərləri isə nadir hallarda qəbul edir.Alimlərin fikrincə, ekstazi asılılıqla mübarizədə digər üsullardan daha effektlidir. Onlar eksperimentdə iştiak edənlərin orqanizmində bunun mənfi təsirini görməyib.  



Ayna Məmmədova