Tanınmış rusiyalı müğənni Alla Puqaçovanın son müsahibəsində Çeçenistanın keçmiş lideri Cövhər Dudayev haqqında səsləndirdiyi fikirlər Rusiyada müzakirələrə səbəb olub.
Bakupost.az-ın məlumatına görə, “Shot” “Telegram” kanalı yazır ki, Puqaçovanın Dudayevi “vicdanlı insan” adlandırması və onun haqqında müsbət fikirlər səsləndirməsi Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi – “terrorçuluğun təbliği” kimi qiymətləndirilə bilər.
Bu halda müğənniyə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bundan əvvəl vəkil Aleksandr Treqşov Puqaçovanı məhkəməyə verib. O, müğənninin sözlərinin döyüş veteranlarını təhqir etdiyini bildirib və 1,5 milyard rubl (təxminən 30,5 milyon manat) məbləğində təzminat tələb edib.
Xatırladaq ki, Puqaçova müsahibəsində Dudayevin həyatını xilas edə bilmədiyinə görə təəssüf hissi keçirdiyini qeyd edib və onu “vicdanlı insan” adlandırıb.