Qazaxıstanın Taldıkorqan şəhərində keçirilən III “Bikenfest” Beynəlxalq Teatr Festivalında “M. Teatr – Mənim Teatrım”ın aktrisası Oksana Rəsulova “Qadın rolunun ən yaxşı ifaçısı” mükafatına layiq görülüb.
Bakupost.az xəbər verir ki, mükafat aktrisaya münsiflər heyətinin yekdil qərarı ilə verilib.
O.Rəsulova festivalda Ştefan Svayqın məşhur “Yad qadının məktubu” əsərində “Yad qadın” obrazını canlandırıb.
Ona 500.000 tenqe (təxminən 1567 manat) pul mükafatı təqdim olunub.
Tamaşanın səhnələşdirmə və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, dizayneri Ziya Ağa, fotoqrafı isə Pəri Arifqızıdır.
Qeyd edək ki, festivalda 9 Akademik Milli Dram Teatrı iştirak edib.
Lalə,
BakuPost