Almaniyada dövlətin maliyyə dəstəyi ilə ölkələrinə qayıdan miqrantların sayı 2025-ci ildə ciddi şəkildə artıb. Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (Bundesamt für Migration und Flüchtlinge – BAMF) açıqladığı rəqəmlərə görə, ötən il 16 576 nəfər bu proqramdan yararlanıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 60% artım deməkdir (2024-də bu rəqəm 10 358 nəfər idi).
BakuPost.az alman mediasına istinadən xəbər verir ki, ən çox deportasiya olunan ölkələr arasında Türkiyə (4 432 nəfər) və Suriya (3 678 nəfər) ön sırada dayanır. Onları Rusiya (1 962 nəfər), Gürcüstan (1 210 nəfər), İraq (1 005 nəfər), Kolumbiya (874 nəfər) və Şimali Makedoniya (642 nəfər) izləyir.
İlk onluğu Ermənistan, Azərbaycan və Venesuela tamamlayır. BAMF rəsmilərinin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşlarının sayı rəsmi açıqlamalarda dəqiq göstərilməyib.
Almaniya daxili işlər naziri Aleksandr Dobrindt artımı ölkənin miqrasiya siyasətində dönüş nöqtəsi adlandırıb və bunu miqrasiya strategiyasının vacib tərkib hissəsi kimi qiymətləndirib. Nazir bildirib ki, proqram həm miqrantların könüllü geri dönməsini təşviq edir, həm də sosial və iqtisadi yükün balanslaşdırılmasına xidmət edir.
Cavid, BakuPost