Ru
23:08 / 03 İyul 2026

Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxdı

Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxdı
Eye

Almaniyada 30 mindən çox Mercedes-Benz əməkdaşı şirkətin qənaət tədbirlərinə qarşı etiraz aksiyalarına qatılıb.


"Bakupost" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniyanın müxtəlif şəhərlərində keçirilən aksiyalara ümumilikdə 33 minə yaxın işçi qatılıb. Aksiyalar sənaye həmkarlar ittifaqı IG Metall-in çağırışı ilə təşkil olunub.

Həmkarlar ittifaqının sədri Kristiane Benner bildirib ki, avtomobil sənayesinin rəqabət qabiliyyəti əmək şəraitinin pisləşdirilməsi ilə deyil, yeni məhsullara, istehsal sahələrinə və işçilərə investisiyalar hesabına artırılmalıdır.

"IG Metall" bugünkü aksiyaların etirazların yalnız başlanğıcı olduğunu bildirərək, şirkətlər iş yerlərinin ixtisarını davam etdirəcəyi təqdirdə onları "isti yay" gözlədiyini vurğulayıb.

Mercedes-Benz iyun ayında qənaət proqramını sərtləşdirəcəyini açıqlamış və təxminən 90 min əməkdaşın iyul ayında almalı olduğu mükafatın ödənişini gələn ilə təxirə salmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar