Ru
18:45 / 18 İyul 2020

Almaniyadakı azərbaycanlılardan ordumuza dəstək - "Qarabağ Azərbaycandır!" - VİDEO

Eye

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan azərbaycanlıların genişmiqyaslı etiraz aksiyası keçirilir.

"BakuPost" xəbər verir ki, Ermənistanın Berlindəki səfirliyinin qarşısına toplaşan azərbaycanlılar Azərbaycan və Türkiyə bayraqları qaldırıb.

Etirazçılar əllərində "Ermənilərin yalanlarına son!", "Qarabağ bizimdir!", "Erməni aqressiyasına son!" yazılı plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır!", "Azərbaycan, biz səninləyik!", "Ya Qarabağ, ya ölüm!", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar səsləndiriblər.

Azərbaycan diaspor təşkilatları rəhbərləri ölkəmizin həqiqətlərini alman və azərbaycan dillərində çatdırıb.

Düsseldorf şəhərində isə azərbaycanlıların iştirakı ilə genişmiqyaslı yürüş keçirilib. Tovuz döyüşlərində həlak olan şəhidlərin fotolarını nümayiş etdirən soydaşlarımız "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq" şüarlarını səsləndirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar