Ru
16:20 / 04 Noyabr 2025

Amerikalıların ən çox qorxduğu şey – 10 ildir birinci yerdə

Amerikalıların ən çox qorxduğu şey – 10 ildir birinci yerdə
Eye

“Çapman Universiteti”nin illik FEAR sorğusu göstərib ki, amerikalıların ən böyük qorxusu hələ də dövlət idarəçiliyindəki korrupsiyadır. Son 10 ildir ardıcıl olaraq birinci yerdə olan bu fobiya üçün iştirakçıların təxminən 70%-i tərəfindən “çox qorxuram” və ya “qorxuram” kimi qiymətləndirilib.

Bakuspost.az xarici KİV-ə istinadən xəbər verir ki, universitetin sosiologiya professoru Stiven Pfaff bildirib ki, bu qorxu pulun siyasəti idarə etməsi və güclü maraq qruplarının seçicilərin iradəsini nəzərə almadan qərar verməsi düşüncəsindən qaynaqlanır.

Sorğuda respondentlərə siyasət, səhiyyə, su çirkliliyi və süni intellekt daxil olmaqla 65 mövzu üzrə suallar verilib. Ən çox qorxulan ikinci mövzu sevdiklərinin ciddi xəstəliyə tutulması, ardından iqtisadi böhran, kiberterrorizm və yaxınlarını itirmək qorxusu olub.

Digər narahatlıqlar arasında ABŞ-ın yeni dünya müharibəsinə qoşulması, içməli suyun çirklənməsi, Rusiyanın nüvə silahı işlətməsi və hökumətin şəxsi məlumatları izləməsi də var.

Mütəxəssislər bildirirlər ki, bu fərqi anlamaq insanlara öz qorxularını və emosiyalarını daha yaxşı idarə etməyə kömək edir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar