Ru
23:59 / 29 Sentyabr 2025

Anar Məmmədxanovun səhifəsində Cabirlə bağlı paylaşım: Ən uğurlu... - FOTO

Anar Məmmədxanovun səhifəsində Cabirlə bağlı paylaşım: Ən uğurlu... - FOTO
Eye

Şən və Hazırcavablar klubunda çıxış edən “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı, mərhum Anar Məmmədxanovun Feysbuk səhifəsində Əməkdar artist Cabir İmanovla bağlı edilən paylaşım böyük marağa səbəb olub.


Bakupost.az xəbər verir ki, Cabir İmanovun da yer aldığı fotoda Ulu Öndər Heydər Əliyev, Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov, komediya aktyoru Tahir İmanov da daxil olmaqla bir çoxları yer alıb.


Diqqət çəkən digər məqam isə Cabir İmanovun qəfil ölümünün Anar Məmmədxanovla müqayisəsidir:


"Anar Məmmədxanov dünyasını dəyişəndə heç 41 yaşı yox idi. Cabir İmanovun isə 49 yaşı var. Ən uğurlu zarafat edən oğlanlarla bu dünyanın ən uğursuz zarafatı…", - paylaşımda fotoya qeyd olaraq yazılıb.


Paylaşıma qısa zamanda minlərlə bəyəni və şərh gəlib.

Asena,

BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar