Ötən gecədən başlayan güclü külək paytaxtın bəzi ərazilərində ciddi fəsadlara səbəb olub.
Bakupost.az -ın məlumatına görə, Binəqədi rayonun bir sıra ərazilərində, o cümlədən Biləcəri şəqəsəbədə küləyin təsirindən elektrik xəttləri qırılıb.
Yüksəkgərginlikli elektrik xəttinin sıradan çıxması nəticəsində elektrik enerjisinin və suyun verilişində ciddi fasilələr yaranıb. Binəqədi sakinlərinin verdiyi məlumata görə, hadisə gecə saatlarında baş versə də, enerjinin verilişi hələ də bərpa olunmayıb. Sakinlər həmçinin "Azərişıg" ın Qaynar xətti ilə əlaqə saxlaya bilmədiklərindən şikayətləniblər.
Zaur,BakuPost