Ru
23:27 / 30 Dekabr 2025

Ukraynanın Putinin iqamətgahına hücumu... - ABŞ rəsmisi

Ukraynanın Putinin iqamətgahına hücumu... - ABŞ rəsmisi
Eye

Ukraynanın Rusiya lideri Vladimir Putinin Valdaydakı iqamətgahına hücum edib-etmədiyi hələlik aydın deyil.

Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Ukrayna sülh sazişi əldə etmək istəyir. Sülh sazişinə bu qədər yaxın olmaq ərəfəsində belə bir hücumun olması inandırıcı deyil. ABŞ prezidenti Donald Tramp əvvəllər Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə şübhə ilə yanaşmışdı. O, sülh danışıqları zamanı belə bir addımın çox təxribatçı olacağını vurğulayıb", - deyə o bildirib.

Uitaker həmçinin qeyd edib ki, müharibəyə son qoymaq üçün bütün diplomatik səylərə baxmayaraq, Rusiya Ukraynaya hücumlarını dayandırmayıb:

"Rusiya hər gün Ukraynaya raket zərbələri endirir. Düşünürəm ki, hər iki tərəf müharibəyə son qoymaq istəyir, sadəcə şərtlər fərqlidir"

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi həmçinin ərazi məsələlərinin həll prosesində ən çətin məsələlərdən biri olaraq qaldığını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar