Ermənistanda müxalif Vətən Partiyasının baş katibi Xaçik Qalstyan iki ay müddətinə həbs edilib.
Bakupost.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə vəkil Sos Hakobyan Antikorrupsiya Məhkəməsinin iclasından sonra jurnalistlərə deyib.
Partiyanın digər nümayəndəsi Aram Koçaryan isə bir ay müddətinə həbs olunub.
Onların hər ikisi ötən gecə saxlanılıb. Müxalif partiyanın üzvləri noyabrda Vaqarşapatda keçirilən bələdiyyə seçkisi zamanı rüşvət paylamaqda ittiham olunurlar.