Azərbaycanlılar Ukrayna müharibəsində niyə ölür? - Bakı sakinlərindən sərt sözlər
194
Son zamanlar az qala hər gün Rusiya–Ukrayna müharibəsində itkin düşən və ya həlak olan azərbaycanlılarla bağlı xəbərlər yayılır. Araşdıranda məlum olur ki, müharibəyə cəlb olunan azərbaycanlıların böyük əksəriyyəti ya əmək miqrasiyası ilə Rusiyada yaşayan şəxslərdir, ya da pul və digər maddi vədlər qarşılığında ölkədən çıxaraq birbaşa döyüş bölgəsinə gedənlərdir.
Bakupost.az xəbər verir ki, artıq Azərbaycanın Baş Prokurorluğu Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıq edib. Qeyd olunub ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir və bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Bəs Baş Prokurorluğun bu xəbərdarlığı vətəndaşların Rusiya-Ukrayna müharibəsinə cəlb olunmasının qarşısını alamq üçün kifayət edəcəkmi?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.