Ru
21:58 / 30 Dekabr 2025

Bir səhv edib, cəzasını da alacaq - Anar

Bir səhv edib, cəzasını da alacaq - Anar
Eye

Haqqımızda yazdı, biz də onu məhkəməyə verdik. İndi gəlib 500 manatlıq cəriməsini ödəsin. O, cəriməni ödəsə həmin pulu aparıb yetim-yesirə verəcəyik.

Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında yazıçı Anar şair İlham Qəhrəmanla məhkəmə çəkişməsindən danışarkən deyib.

O bildirib ki, şair cəzasız qalmayacaq:

“İlham Qəhrəman bir səhv edib, cəzasını da alacaq. Məhkəmə qərar çıxarıb, hara istəyirsə, müraciət etsin. Apelyasiya məhkəməsi isə hansı qərarı istəyirsə, çıxarsın, mənim nə borcuma”.

Qeyd edək ki, bu il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.

Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.

Şair "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmişdi.

İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar