Ru
23:37 / 30 Dekabr 2025

İşığa və qaza sabit tarif tətbiq edildi: nə qədər ödəyəcəyik?

İşığa və qaza sabit tarif tətbiq edildi: nə qədər ödəyəcəyik?
Eye

Yeni sabit tarifin tətbiq edilməsi qazın və elektrikin tarifinin hesablanmasına heç bir dəyişiklik etmir. Hər ay abonentlər qaza görə 1 manat, işığa görə də 1 manat sabit tarif ödəyəcək.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli elektrik enerjisi və təbii qaz üçün sabit tariflərin müəyyən edilməsini izah edərkən deyib.

“Bir manatlıq sabit tarifin elektrik enerjisinin sərfiyyatına dəxli yoxdur. Ümumiyyətlə, vətəndaş elektrik enerjisi istifadə etmədiyi aylarda da bu 1 manatı ödəməli olacaq.

Bir neçə ay əvvəl “Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna dəyişikliklər edildi və bu dəyişikliklər artıq yanvarın 1-dən qüvvəyə minir. Sadəcə olaraq, indi sabit tarifin qiyməti (1 manat) müəyyənləşdi”, – ekspert qeyd edib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar