Türkiyənin Kapucubaşı məhəlləsində qəribə insident baş verib.
"Bakupost" Türkiyə mediasına istinadən xəbər verir ki, 38 yaşlı Tolqa Ç. iş yerinin qarşısında dayanan 46 yaşlı S.E.-yə arxadan yaxınlaşaraq onun sol qulağı nahiyəsinə güclü şillə vurub.
Hadisə anı müşahidə kameraları tərəfindən lentə alınıb. Zərərçəkmiş qadın baş verənlərlə bağlı polisə şikayət edib.