ABŞ-nin Hörmüz boğazında yerləşən İranın “Keşm” adasına hava zərbələri endirdiyi bildirilir.
“Bakupost” xəbər verir ki, hücumların məhdud xarakter daşıdığı və genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması demək olmadığı qeyd olunur.
ABŞ rəsmilərindən biri zərbələrin ABŞ obyektlərinə qarşı yerdən-havaya raketlərdən istifadə edən İran qüvvələrinə qarşı müdafiə tədbiri olduğunu bildirib. Digər məlumata görə, hücumlar İranın ABŞ təyyarəsinə atəş açmasına cavab olaraq həyata keçirilib.
Adada bazar ertəsi bir neçə partlayışın baş verdiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp son həftələrdə aralıq seçkilərdən sonra İrana qarşı hücumların bərpa oluna biləcəyinə işarə etsə də, bazar ertəsi çıxışında fərqli mövqedə ola biləcəyini bildirib.
Vüsalə Hüseynova,
BakuPost