Ru
14:46 / 08 Dekabr 2025

Anasına göndərdiyi sonuncu mesajda deyib ki... – Gənc fotoqrafın ölümü ilə bağlı gizli DETALLAR

Anasına göndərdiyi sonuncu mesajda deyib ki... – Gənc fotoqrafın ölümü ilə bağlı gizli DETALLAR
Eye

Xəbər verdiyimiz kimi, Bakıda 39 yaşlı fotoqrafın meyiti Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb. Əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun intihar etdiyi ehtimal olunur. Hazırda Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakupost.az xəbər verir ki, E. Zeynalovun əmisi oğlu Səbuhi Zeynalov bununla bağlı musavat.com-a danışıb.

O bildirib ki, əmisi oğlu ikinci qrup əlil imiş və 18 il imiş ki, şiddətli ağrılardan əziyyət çəkirmiş: "Ağrılar onun psixologiyasını pozmuşdu. Dözə bilmirdi. Uzun illər idi ki, müalicələr alırdı, amma faydası olmurdu. Həkimlər ona oturaq sinir diaqnozunu qoymuşdular. Ayağının biri inkişafdan qalmışdı, yeriməkdə çətinlik çəkirdi. Son vaxtlar isə ağrıları şiddətlənmişdi".

S. Zeynalov əmisi oğlunun valideynləri ilə birgə yaşadığını deyib: "Subay idi, ailə ilə birgə qalırdı. İntihar edəcəyini düşünməzdik. Sonuncu dəfə səhər saat 5 radələrində anasına vatsap vasitəsi ilə səs atıb vidalaşıb, deyib ki, halallıq ver. Əmim oğlu bu xəstəliyi hərbi xidmətdə olarkən qazanmışdı. Həmin vaxt sudurqa olmuşdu və komaya düşmüşdü. Elə o zamanlardan xəstəlik ayağında hiss olunmağa başlamışdı”".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar