“Apple” ABŞ-nin Texas ştatının Hyuston şəhərində yeni qabaqcıl istehsal mərkəzi açıb.
“Bakupost” xəbər verir ki, yeni mərkəz şirkətin süni intellekt serverlərinin istehsal olunduğu müəssisənin ərazisində yerləşir. Müəssisədə bu il “Mac mini” kompüterlərinin istehsalına da başlanması planlaşdırılır.
Yeni mərkəzdə kiçik və orta bizneslərə müasir istehsal texnologiyaları, maşın öyrənməsi ilə keyfiyyətə nəzarət və avtomatlaşdırma sahələrində ödənişsiz təlimlər keçiriləcək.
“Apple”ın baş icraçı direktoru Tim Kuk bildirib ki, şirkət son 9 ay ərzində Hyustondakı müəssisəyə yüz milyonlarla dollar sərmayə qoyub.
Qeyd edək ki, yeni mərkəzin açılışında ABŞ-nin ticarət naziri, senator Ted Kruz, Hyuston şəhərinin meri və digər yerli rəsmilər iştirak edib.
Vüsalə Hüseynova,
BakuPost