Ru
14:59 / 05 Avqust 2020

AQTA-da yeni təyinat - Aparat rəhbəri sədr müavini oldu

4207
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub.

"BakuPost" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd edək ki, Z. Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib. 1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2010-2019-cu illərdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə AQTA-nın Aparat rəhbəri vəzifəsində çalışıb.

Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər