Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.
Bakupost.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə amıqlama verib.
Ərdoğan qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb, həlak olan hərbçilərin xatirəsini anıb.
Türkiyə Prezidentinin sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, sürətli şəkildə axtarış və xilasetmə işləri başladılıb.
Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə qapadılıb, hadisə yerində 46 nəfərlik təhqiqat qrupu fəaliyyət göstərir,
“Təyyarənin qara qutusu tapılıb, ilkin araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Son bir hərbçinin nəşi axtarılır”, – Türkiyə Prezidenti vurğulayıb.
O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib. Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, araşdırma başlayıb.