Arıçılar həyəcan içində: Arı ailələri sürətlə qırıla bilər - VİDEO
199
Son günlər Azərbaycana Özbəkistandan gətirilən arı ailələri ciddi təhlükə yaradıb.
Bu arılarda Tropilaelaps gənəsi olduğu bildirilir. Bəzi ölkələr təhlükəni nəzərə alaraq Özbəkistandan arı idxalına məhdudiyyətlər tətbiq edib. Gənələr arılar arasında sürətlə yayıla bilər ki, bu da Azərbaycanda arıçılıq təsərrüfatı üçün ciddi risk yaradır.
Bu cür yoluxmuş arılar ölkəyə necə daxil ola bilib?
Qarşısı alınmasa, yerli arı ailələri üçün hansı təhlükəni yaradarlar? Yerli arıçılar öz təsərrüfatlarını bu təhlükədən necə qoruya bilər? Bu vəziyyət bal istehsalına təsir edəcəkmi?
BakuPost TV-nin suallarını Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov cavablandırıb: