Ru
15:02 / 17 Avqust 2026

Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir

Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir
Eye

Ukraynanın birinci xanımı Yelena Zelenskaya əri Vladimir Zelenskiyə təsir göstərir və kadr qərarları ilə bağlı "qızıl veto" hüququna malikdir.

"Bakupost" xəbər verir ki, bu barədə “RBK Ukrayna” mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Zelenskaya siyasətdə açıq şəkildə iştirak etmir, lakin bir sıra vəzifəli şəxslərin karyerasına təsir göstərə bilir. Xüsusilə, Oksen Lisovoyun uzun müddət təhsil və elm naziri vəzifəsində çalışmasını onun dəstəyi ilə əlaqələndirirlər.

Bundan başqa, mənbələr Kiyevin Darnitski Rayon Administrasiyasının rəhbərindən Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə yüksələn və daha sonra yenidənqurma, infrastruktur və nəqliyyat naziri vəzifəsini tutan Nikolay Kalaşniki nümunə göstəriblər.

“Birinci xanımın hər hansı bir təşəbbüsü nə qədər irəli sürə biləcəyini bilmirəm, amma o, şübhəsiz ki, bir insanı və ya bir ideyanı bloklaya bilər. Onun, belə desək, "qızıl veto"su var”, - mənbələrdən biri nəşrə açıqlamasında deyib.

Digər mənbə də qeyd edib ki, Yelena Zelenskaya öz oyunlarını oynamır, əksinə prezidenti balanslaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar