Ru
10:24 / 17 Oktyabr 2019

Arvadını və qayınanasını qətl edənə cinayət işi açıldı

1572
Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.


Bakupost.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (. iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri aparılır, ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə dünüən Aydınbəyov küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər